Sosial Fəaliyyətlər Tarixçi Alimlər GYF-nin Qonağı Olub

Tarixçi Alimlər GYF-nin Qonağı Olub

51

[td_smart_list_end]Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Aşırlı, tarixçi alim Hacı Həsənov, Mübariz Ağalarlı, Bəxtiyar Həsənov və AMEA Fəlsəfə İnstitunun tədqiqatçısı Məhəmməd Cəbrayılov Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondunun həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri həqqında məlumat verib.

Eyni zamanda qonaqlarla gələcəkdə həyata keçiriləcək layihələr haqqında geniş müzakirələr aparılıb və tarixi həqiqətlərin təbliğinin əhəmiyyətindən danışılıb.

Qonaqlar da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.