Sosial Fəaliyyətlər 8 Noyabr Zəfər Günümüzlə Əlaqədar Milli Məclisin Deputatı Ramil Həsənlə Görüş Keçirilib

8 Noyabr Zəfər Günümüzlə Əlaqədar Milli Məclisin Deputatı Ramil Həsənlə Görüş Keçirilib

16

Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ümid Dadaşov NAYORA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan Respublikası Milli Məclisin deputatı Ramil Həsənlə görüşdə iştirak edib.

NAYORA-ya üzv gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan həqiqətlərinin gənclər təşkilatları vasitəsilə dünyaya çatdırılması və həyata keçirməli olan fəaliyyətlər, beynəlxalq təmsilçiliyin ölkəmiz üçün əhəmiyyəti kimi mövzularda müzakirələr aparılıb, həmçinin görüş iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.