Sosial Fəaliyyətlər GYF-də 8 Noyabr Zəfər Gününə Həsr Olunmuş  Sənədli Filmin Təqdimat Mərasimi Keçirilib

GYF-də 8 Noyabr Zəfər Gününə Həsr Olunmuş  Sənədli Filmin Təqdimat Mərasimi Keçirilib

15

Bu gün Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında 8 Noyabr Zəfər günüə həsr olunmuş “Tarix Yazan Şəhid Hafiz Elgün Quliyev” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Fond rəhbərliyi və əməkdaşları, şəhid Elgün Quliyevin valideynləri, müəllimləri, dostları, döyüş yoldaşları, şəhid ailələri və yaxınları, qazilər, iştirak edib.

Dəyər Tv tərəfindən hazırlanan film 44 günlük Vətən müharibəsinə könüllü olaraq qoşulan şəhid hafiz Elgün Quliyevin həyat hekayəsindən və döyüş yolundan bəhs edir.

Sənədli filmin təqdimat mərasimi vətənimizin azadlığı uğrundan əziz canlarından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı səsləndirilib. Şəhid hafiz Elgün Quliyevin Qurani-Kərim müəllimi olmuş Araz Abdullayevin Qurani-Kərim tilavətindən sonra film izləyicilərə təqdim edilib.

Filmin nümayişindən sonra şəhid Elgün Quliyevin atası Vasif  Quliyev və anası Qənirə Quliyeva çıxış edərək filmin Elgünün hazırlanmasında əməyi keçən Dəyər Tv kollektivinə və göstərdiyi dəstəyə görə Gəncliyə Yardım Fonduna öz dərin təşəkkürlərini bildiriblər.

Son olaraq çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim Fondun daim şəhid və qaziləri, həmçinin onların ailələrini diqqət mərkəzində saxladığını qeyd edib. O, şəhid Elgün Quliyevin həyatının gənclərə milli-mənəvi dəyərlərinə sahib çıxması yönündən bir örnək olduğunu vurğulayıb.

Filmin təqdimatının sonunda Fond tərəfindən şəhid ailələrinə xatirə hədiyyəsi təqdim edilib.