Sosial Fəaliyyətlər Türkiyə Cümhuriyyətinin  Gəncə Baş Konsulu GYF-ni Ziyarət Edib

Türkiyə Cümhuriyyətinin  Gəncə Baş Konsulu GYF-ni Ziyarət Edib

8

Türkiyə Cümhuriyyətinin  Gəncə Baş konsulu Zeki Öztürk Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Baş konsul Zeki Öztürk Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulu Zeki Öztürk fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib.