Sosial Fəaliyyətlər YÖK-ün Beynəlxalq Əlaqələr Şöbəsinin Müdiri GYF-ni Ziyarət Edib

YÖK-ün Beynəlxalq Əlaqələr Şöbəsinin Müdiri GYF-ni Ziyarət Edib

8

Türkiyə Cümhuriyyətinin Yükseköğretim Kurulu (YÖK) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Mustafa Efe və Merkez Bankası nümayəndəsi Muhammed Enes Olgun Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Mustafa bəy Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar da öz növbəbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Səmimi çay süfrəsində davam edən görüşün sonunda xatirə fotosu çəkilib.