Sosial Fəaliyyətlər BİGA-da Rəqəmsal Dünya və İş İmkanları Adlı Seminar Keçirilib

BİGA-da Rəqəmsal Dünya və İş İmkanları Adlı Seminar Keçirilib

15

Noyabrın 12-də Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında “Efor Stratrgic Agency” şirkətinin təsisçisi və rəhbəri Şövkət Balayevin təqdimatında “Rəqəmsal dünya və iş imkanlar” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Daha sonra gənc şirkət rəhbəri Şövkət Balayev iş həyatında yaşadığı təcrübələrini Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrlə bölüşüb. Şövkət bəy, müasir dünyanın artıq rəqəmsallaşdığını və bu dünyanın iş fürsətlərinin daha çox olğunu, təklifin daim tələb yaratdığını, nəticədə özlərini inkişaf etdirən gənclərin rahatlıqla bu sfreada yer tapacağını qeyd edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.