Sosial Fəaliyyətlər Şəki İslam Kollecində XI Ənənəvi Hafizlik Mərasimi Keçirilib

Şəki İslam Kollecində XI Ənənəvi Hafizlik Mərasimi Keçirilib

6

16 noyabr 2022-ci il tarixində Şəki İslam Kollecində XI ənənəvi hafizlik mərasimi keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin, Gəncliyə Yardım Fondunun, Əziz Mahmud Hüdayi Vəqfini Türkiyənin Azərbaycandakı səfirliyinin Din müşavirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər və nümayəndələrinin, müxtəlif vaxtlarda Şəki İslam Kollecində hafislik təhsili alan şəhidlərin ailə və yaxınları, habelə bir sıra qurumların nümayəndələri iştirak edib.

Mərasim Azərbaycanın müxtəlif bölgələrindən gələrək təhsilini tamamlayan hafizlərin təqdim edilməsi və kollecin Qurani-Kərim müəllimi Tural Məmmədovun qiraəti ilə başlayıb. Daha sonra mərasimdə iştirak edən qonaqların çıxışı və xeyir-duaları ilə davam edib.

Tədbirin sonunda hafiz məzunlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “hafizlik diplomu”, hədiyyələr təqdim edilib və xatirə fotoları çəkilib.