Sosial Fəaliyyətlər Millət-vəkili Ceyhun Məmmədov GYF-də Tələbələr ilə Görüşüdü

Millət-vəkili Ceyhun Məmmədov GYF-də Tələbələr ilə Görüşüdü

11

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun H.Z. Tağıyev adına konfrans zalında millət vəkili Ceyhun Məmmədovun təqdimatında “Müasir Gənclik və Milli-mənəvi Dəyərlərimiz” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib.

Daha sonra millət vəkili Ceyhun Məmmədov milli-mənəvi dəyərlərə sahib çıxmağın gənclərin gələcək həyatlarında çox vacib olduğunu bildirib. Qeyd edib ki, sağlam və milli-mənəvi dəyərlərə sahib çıxan cəmiyyətin  formalaşmasında gənclər mühim rol oynayır.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotoları çəkilib.