Sosial Fəaliyyətlər Odlar Yurdu Universitetində Qloballaşma Dövründə Milli-Mənəvi Dəyərlərin Qorunması Adlı Tədbir Keçirilib

Odlar Yurdu Universitetində Qloballaşma Dövründə Milli-Mənəvi Dəyərlərin Qorunması Adlı Tədbir Keçirilib

34

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən  Odlar Yurdu Universitetində Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin canlı səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra vətənimiz azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Ulu Öndər Heydər Əliyev hörmət və ehtiramla anılıb.

Tədbirdə “Dialoq və İnkişaf Naminə” İB-nin (DİNİB) idarə heyətinin üzvü Günay Hacıyeva layihə barədə məlumat verib.

Daha sonra “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışıb. Milli dövlətçilik və milli-mənəvi dəyərlərin vacibliyindən söz açan Çingiz Bayramov xalqımızın bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bildiyini diqqətə çatdırıb.

Tədbirdə İlahiyyat İnstitunun İslamsunasliq Kafedrasının müdiri Dr. Əhməd Niyazov, Gəncliyə Yardım Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Dr. Eldar Kərimov,  Beynəlxalq təlimçi Dr.Marco Emanuel, Dialoq və İnkisaf Naminə İctimai Birliyin təsisçilərindən olan Dr. Aydin Talisinskiy,  İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev çıxış ediblər.

Çıxışlarda gənclərin milli-mənəvi dəyərlərinin inkişafının, milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinin, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.