Sosial Fəaliyyətlər GYF-də “Şəxsi Brandinqini Quraraq Öz Biznesini Qur” Adlı Təlim Keçirilib

GYF-də “Şəxsi Brandinqini Quraraq Öz Biznesini Qur” Adlı Təlim Keçirilib

17

Bu gün Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondununun H.Z. Tağıyev adına konfrans zalında Fərhad Bəxtiyarın “Şəxsi Brandinqini Quraraq Öz Biznesini Qur” adlı təlimi baş tutub.

Əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov təlim iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib.

Daha sonra Fərhad Bəxtiyar təlim iştirakçılarına şəxsi biznesi formalaşdırmağın yollarından bəhs edib. Natiq eyni zamanda biznesin qurulma planından və xarici bazara bisnesin inteqrasiyası haqqında maraqlı məlumatlar verib.

Təlimin sonunda qonağa hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.