Sosial Fəaliyyətlər GYF-də “Təhsildə Yeni Çağırışlar, Yeniliklər Və İmkanlar” Adlı Seminar Keçirilib

GYF-də “Təhsildə Yeni Çağırışlar, Yeniliklər Və İmkanlar” Adlı Seminar Keçirilib

45

Dekabrın 17-də Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, i.e.d., prof., əməkdar müəllim Zahid Məmmədov ilə görüş keçirilib. Azərbaycanın müxtəlif universitetində təhsil alan tələbələrin iştirak etdiyi görüşdə əvvəlcə Akademiyanın koordinatoru Şahalı Cəlilov iştirakçıları salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında ətraflı məlumat verib.

Təqdimatdan sonra i.e.d., prof. Zahid Məmmədov “Təhsildə Yeni Çağırışlar, Yeniliklər Və İmkanlar” mövusunda seminarla çıxış edib. Natiq əvvəlcə təhsil tarixinin keçdiyi üç təhsil sistemi haqqında danışıb, sonra isə dünya praktikası timsalında Azərbaycanda təhsilin gələcək prespektivi, təhsilin keydiyyətinin artırılması istiqamətində atılmalı addımlar barədə çıxış edib. İ.e.d., prof. Zahid Məmmədov təhsilin keyfiyyətinin artırılmasında yeni çağırışlara əhəmiyyət verilməli, bütün imkanlardan maksimum istifadə edilməli olduğunu qeyd edib və iştirakçıların sullarını cavablandırıb.

Görüşün sonunda qonağa BİGA tərəfindən xatirə hədiyyəsi təqdim edilib və fotolar çəkilib.