Sosial Fəaliyyətlər GYF-də “Təsirli Ünsiyyət və Liderlik” Adlı Seminar Keçirildi

GYF-də “Təsirli Ünsiyyət və Liderlik” Adlı Seminar Keçirildi

19

İGEDER İstanbul Gönüllü Eğitimciler Derneği və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında İGEDER dərnəyinin nümayəndəsi Davut Türkkanın təqdimatında “Təsirli Ünsiyyət və Liderlik ” adlı seminar uğurla başa çatıb.

Seminarda Azərbaycandakı təhsil könüllüləri və idarəçilərindən ibarət olan heyət iştirak edib. Təlimdə liderin xüsusiyyətləri və rolu, kollektiv işin əhəmiyyəti, təsirli ünsiyyətin sirrləri adı altında mövzulara yer verilib.

Daha sonra Fondunun prezidenti Ahmet Tecim İGEDER rəhbərliyinə və könüllü əməkdaşlarına bu kimi əhəmiyyətli seminarlar təşkil etdiyinə görə təşəkkürünü bildirib.
Tədbirin sonunda iştirakçılara sertifkat verilib və xatirə şəkili çəkilib.