Sosial Fəaliyyətlər “Anadoludan Qarabağa Zəfər Yürüyüşü” Lahiyəsi Öz Fəaliyyətinə Başlayıb

“Anadoludan Qarabağa Zəfər Yürüyüşü” Lahiyəsi Öz Fəaliyyətinə Başlayıb

10

Beynəlxalq Gənc Dərnəyi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk İşbirliği və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Anadoludan Qarabağa Zəfər Yürüyüşü” lahiyəsi çəçivəsində bir sıra görüşlər keçirilib.

Fevralın 6-da lahiyə iştirakçıları əvvəlcə Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Fondun prezidenti Ahmet Tecim ilə keçirilən görüşdə yürüyüşdə iştirak edən gənclərə fond haqqında ətraflı məlumat verilib, qardaş Türkiyədə baş verən zəlzələdə vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfalar dilənilib. Ahmet Tecim qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət etdiyini qeyd edib.

Daha sonra I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk şəhidliyinə yürüyüş baş tutub. Qarabağ və Vətən Müharibəsi şəhidləri başda olmaqla, 1918-ci ildə Azərbaycanın azadlığı uğrunda döyüşərək şəhid olan Qafqaz İslam Ordusu əsgərləri hörmət və ehtiramla anılıb.

Günün ikinci yarısında gənclər Türkiyə Cumhuriyyətinin Bakı Təhsil Müşaviri Ali Rıza Altunel görüşüb və Bakı Şəhər Gənclər və İdman İdarəsini ziyarət ediblər. Ziyarət zamanı İdarənin rəis müavini Aydın Yusifov Azərbaycanda gənclər üçün yaradılan imkanlar və görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.

Günün sonunda isə gənclər 44 Günlük Vətən Mübaribəsi, həmçinin Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin həyat və döyüş yolundan bəhs edən bir sıra seminarlarda iştirak ediblər.

Qeyd edək ki, Türkiyənin müxtəlif universitetlərində təhsil alan 21 tələbənin iştirak etdiyi lahiyə 6-17 fevral tarixləri müddətində baş tutacaqdır.