Sosial Fəaliyyətlər “Qardaş Köməyi” Platforması Yardım Kampaniyasına Davam Edir

“Qardaş Köməyi” Platforması Yardım Kampaniyasına Davam Edir

19

“Qardaş Köməyi” platformasının təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrindən toplanan yardımlar toplama məntəqələrində könüllülər tərəfindən çeşidlənir və tırlara yüklənərək yola salınır.

Zəlzələ zamanı zərərçəkmiş insanlar üçün AFAD və Türkiyə səfirliyinin rəsmi məlumatına əsasən qış çadırı, odeyal, generator, səyyar sanitar qovşağı, qızdırıcı, yatma kombinezonu, açıb yığılan yataq, çadır içi xalça tələb olunur.

Qeyd edək ki, qardaş Türkiyədə baş vermiş şiddətli zəlzələdən dərhal sonra iş adamları və qeyri-hökümət təşkilatları tərəfindən “Qardaş Köməyi” platforması qurulub, yardımlar operativ şəkildə toplanaraq Türkiyəyə göndərilir.