Sosial Fəaliyyətlər Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağcı “Qardaş Köməyi” Platformasının Yardım Toplama Məntəqəsini Ziyarət...

Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağcı “Qardaş Köməyi” Platformasının Yardım Toplama Məntəqəsini Ziyarət Edib

29

14 fevral 2023-cü il tarixində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı “Qardaş Köməyi” platformasını ziyarət edərək zərərçəkmişlərə olunan yardımlar ilə tanış olub.

Cənab səfir Cahid Bağçı platformanın işini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.

Qeyd edək ki, “Qardaş Köməyi” platforması fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələdən dəhral sonra Azərbaycan Sahibkarlar Konfederasiyası, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Gəncliyə Yardım Fondu (GYF), Azərbaycan Əczaçılar Klubu, KOBSKA, Müasir İnkişaf İctimai Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis edilib.