Sosial Fəaliyyətlər “Qardaş Köməyi” Platformasini Təmsil Edən Heyət Türkiyədəki Zəlzələ Bölgəsində Səfərdədir

“Qardaş Köməyi” Platformasini Təmsil Edən Heyət Türkiyədəki Zəlzələ Bölgəsində Səfərdədir

23

Fevralın 20-dən etibarən bir çox iş adamı cəmiyyətləri və qeyri-hökümət təşkilatlarının birləşərək formalaşdırdığı “Qardaş Köməyi” Platformasını təmsil edən heyətin Qəhrəmanmaraş başda olmaqla zəlzələ bölgəsinə səfəri başlayıb. Səfərin ilk günü Qəhrəmanmaraş AFAD koordinasiya mərkəzində heyəti qardaş ölkənin daxili işlər naziri cənab Süleyman Soylu qəbul edib.

Görüşdə cənab nazir zəlzələnin ilk saatlarından etibarən dövlət başçısı İlham Əliyev başda olmaqla Azərbaycanın heç bir zaman unudulmayacaq bir qardaşlıq, həmrəylik nümunəsi sərgilədiyini deyib.

Qeyd edək ki, Süleyman Soylu Azərbaycanın qardaşlığından güc aldıqlarını, Türkiyənin bu çətin sınaqdan da güclənərək çıxacağını ifadə edərək Platforma üzvlərinə fədakar fəaliyyətləri səbəbiylə təşəkkürünü bildirib.