Sosial Fəaliyyətlər “Xocalı Soyqırımı: Gənclər Və Gənclər Təşkilatlarının Faciənin Tanıdılmasında Rolu” Mövzusunda Konfrans Keçirilib

“Xocalı Soyqırımı: Gənclər Və Gənclər Təşkilatlarının Faciənin Tanıdılmasında Rolu” Mövzusunda Konfrans Keçirilib

28

“Xocalı soyqırımı: Gənclər və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” mövzusunda baş tutan konfrans öz işinə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və NAYORA tərəfindən Qum sənəti ilə hazırlanmış videoçarx təqdim olunub.

İlk olaraq Fransız-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov çıxış edərək Xocalı Faciəsi ilə bağlı keçirilən tədbiri yüksək qiymətləndirdiyini vurğulayıb. Daha sonra NAYORA-nın sədri Azər Əliyevin moderatorluğunu etdiyi və AR Milli Məclisinin deputatları Musa Qasımlı, Ceyhun Məmmədovun spiker olduğu görüş başlayıb.

Görüş zamanı “Xocalıya Ədalət” beynəlxalq kompaniyası, Xocalı həqiqətləri, Xocalı Faciəsinin tarixi kökləri kimi mövzular ətraflı müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, konsfransda Gəncliyə Yardım Fondunu Qoşqar Abbasov təmsil edib.