Sosial Fəaliyyətlər FHN-in Türkiyədə Olan Çevik Xilasetmə Qüvvələrinin Bir Hissəsi Bakıya Qayıdıb

FHN-in Türkiyədə Olan Çevik Xilasetmə Qüvvələrinin Bir Hissəsi Bakıya Qayıdıb

10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına qoşulmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir hissəsi Bakıya qayıdıb.

Hava limanında onları qarşılama mərasimində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin ümumilikdə 760 nəfər əməkdaşı Türkiyənin zəlzələ bölgəsinə göndərilmişdi. Onlardan 236 nəfəri Vətənə qayıdıb.