Sosial Fəaliyyətlər BİGA-da İş Görüşməsi və İncəlikləri Adlı Seminar Keçirilib

BİGA-da İş Görüşməsi və İncəlikləri Adlı Seminar Keçirilib

12

Bu gün Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında İnsan Resursıarı mütəxəsisi, təlimçi Samir Həmzəyevin təqdimatında “İş görüşməsi və incəlikləri” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Təlimçi Samir Həmzəyer iş görüşməsi zamanı diqqət edilməsi vacib olan nüanslar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, iş görüşməsi zamanı edilən kiçik xətalar işə götürən tərəfindən böyük xətalar olaraq qəbul edilir. Geyim və davranış qaydaları, bədən dili və nitqin səlistliyi kimi məsələlər rəhbərlik tərəfindən xüsui diqqətlə müşahidə edilir.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.