Sosial Fəaliyyətlər Türkiyədə Baş Verən Zəlzələdə Həyatını İtirmiş İnsanların Xatirəsi Bakıda Yad Edilib

Türkiyədə Baş Verən Zəlzələdə Həyatını İtirmiş İnsanların Xatirəsi Bakıda Yad Edilib

14

Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında “Qardaş Köməyi” platforması tərəfindən təşkil edilən Bəraət qəndili münasibətilə Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş soydaşlarımızın əziz xatirəsinə həsr edilmiş xətm proqramı təşkil edilib və ehsan süfrəsi açılıb. Proqramda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı başda olmaqla, millət vəkilləri, dövlət və hökumət nümayəndələri, QHT sədrləri və KİV təmsilçiləri iştirak edib.

Tədbir Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimin açılış nitqi ilə başlayıb. O, Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş soydaşlarımızı rəhmətlə anıb və yaralılara acil şəfalar diləyib. Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı çıxış edib. Cənab səfir öz çıxışında bu çətin günlərdə iki qardaş dövlət arasındakı birlik və bərabərlikdən danışıb və “Qardaş Köməyi” Platformasının bütün üzvlərinə dərin təşəkkürünü bildirib. Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş soydaşlarımızın əziz ruhlarına Qurani-kərim tilavəti edilib. Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri f.f.d. Əhməd Niyazov “Bəraət qəndili və onun əhəmiyyəti” mövzusunda çıxış edib.

Sonda “Qardaş Köməyi” platformasının rəhbəri Rəşad Cabirli çıxış edərək Qardaş Köməyi platformasının gördüyü işlərdən danışıb və bütün iştirakçılara öz təşəkkürünü bildirib.