Sosial Fəaliyyətlər BİGA-da Vətən Müharibəsi Sonrası Regionda Hərbi-Siyasi Vəziyyət Adlı Seminar Keçirilib

BİGA-da Vətən Müharibəsi Sonrası Regionda Hərbi-Siyasi Vəziyyət Adlı Seminar Keçirilib

15

Bu gün Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov tərəfindən “Vətən müharibəsi sonrası regionda hərbi-siyasi vəziyyət” adlı seminar keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Daha sonra politoloq İlyas Hüseynov “Vətən mübaribəsi”nin Azərbaycan üçün geosiyasi əhəmiyyətindən danışıb. İlyas Hüseynov artıq Azərbaycanın regionda mövqeyinin daha da gücləndiyini, siyasi statusunun üstünlüyünün artdığını qeyd edib. Zəfərlə bitən müharibədən sonra qalib dövlət hər zaman öndə olur və regionla bağlı siyasi, iqtisadi və hərbi addımlar qaliblə razılaşdırılır,  deyə əlavə edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, BİGA tərəfindən qonağa xatirə hədiyyəsi verilib və fotolar çəkilib.