Sosial Fəaliyyətlər Gənc MUSİAD Azərbayacan Rəhbərliyi BİGA Üzvləri ilə Görüşüb

Gənc MUSİAD Azərbayacan Rəhbərliyi BİGA Üzvləri ilə Görüşüb

12

Bu gün Gənc MUSİAD Azərbayacan sədri Sərxan Qocayev və idarə heyyətinin üzvləri Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İatedadlı Gənclər Akademiyasının üzvləri ilə arasında görüş keçirilib. Görüş əsnasında əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov Akademiya haqqında və bugünədək görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. BİGA və Gənc MUSİAD Azərbaycanın gələcəkdə görüləcək işlərlə bağlı müzakirə aparılıb.

Daha sonra Gənc MUSİAD Azərbayacan rəhbərliyi Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimlə görüşüb. Təşkilatın sədri Sərxan Qocayev Gənc MUSİAD Azərbaycanın gənclərin bilik və bacarıqlarının artırılması yönündəki fəaliyyətləri barədə məlumat verib. Ahmet Tecim də öz növbəsində təşkilatın gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda Gənc MUSİAD Azərbayacan rəhbəri Sərxan Qocayev Gəncliyə Yardım Fondunun rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib və fotolar çəkilib.