Sosial Fəaliyyətlər Beynəlxalq Konfransın İştirakçıları GYF-nin Qonağı Olub

Beynəlxalq Konfransın İştirakçıları GYF-nin Qonağı Olub

17

3 Mart 2023 tarixində QMİ-nin Dərbənddəki nümayəndələri Şahabuddin Kərimov və Arif Seyidov Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında hər iki qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar da öz növbəbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda xatirə fotosu çəkilib.