Sosial Fəaliyyətlər “Çay Mədəniyyəti Qonaqpərvərliyimizin Rəmzidir” Mövzusunda Konfrans Keçirilib

“Çay Mədəniyyəti Qonaqpərvərliyimizin Rəmzidir” Mövzusunda Konfrans Keçirilib

17

Martın 15-də  “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin akt zalında  “Çay mədəniyyəti qonaqpərvərliyimizin rəmzidir” mövzusunda konfrans keçirildi.

Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi və vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Konfransda çay bitkisinin Azərbaycana gətirilməsi və becərilməsi tarixinə, çayın hazırlanması və ondan istifadə, süfrə mədəniyyətinin ayrılmaz hissəsinə həsr olunmuş məruzə və təqdimatlarla  çıxış edildi. Konfrans zamanı çay mövzusuna həsr olunmuş rəqs və mahnılar ifa edildi, həmçinin dərnək üzvlərinin bu mövzuda çəkdikləri rəsmlər nümayiş edildi, uşaqlar təsvir etdikləri rəsmlər barədə danışdılar.

Konfransda iştirak edən Gəncliyə Yardım Fondunun koordinatoru, Gənc İstedadlar  Akademiyasının sədri Şahəli Cəlilov, Kənd təsərrüfatı Nazirliyinin Meyvəçilək və tərəvəzçilik şöbəsinin baş məsləhətçisi Mehri Əhmədova, Kənd təsərrüfat Nazirliyinin Meyvəçilək və tərəvəzçilik şöbəsinin məsləhətçisi Zəhra Mailova  çıxış edərək çay festivalının keçirilməsinin əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, bu tədbirin keçirilməsi  uşaqlar arasında çayçılq təsərrüfatına  marağın genişlənməsinə bu sahənin daha da inkişafına səbəb olacaq.

Dərnək üzvlərinin ifa etdiyi esse, rəqs və mahnılar, həmçinin nümayiş olunan rəsm əsərləri qonaqlar tərəfindən maraqla qarşılandı.