Sosial Fəaliyyətlər GYF-nin Əməkdaşları “Çanaqqala Zəfərindən Qarabağ Zəfərinə” Adlı Tədbirdə İştirak Ediblər

GYF-nin Əməkdaşları “Çanaqqala Zəfərindən Qarabağ Zəfərinə” Adlı Tədbirdə İştirak Ediblər

9

Gəncliyə Yardım Fondunun əməkdaşları Azərbaycan Maarif Məktəbləri və Gənc MÜSİAD Azərbaycan tərəfindən təşkil olunmuş “Çanaqqala Zəfərindən Qarabağ Zəfərinə” adlı tədbir iştirak ediblər.

Tədbirdə ilk olaraq vətən uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Tədbiri giriş nitqi ilə Gənc MÜSİAD Azərbaycanın sədri Sərxan Sultanlı açıq elan etdikdən sonra, Çanaqqala savaşı ilə bağlı video izlənilib. Daha sonra isə Dos. Dr. Telman Nüsrətoğlu Çanaqqala zəfəri ilə bağlı tarixi məlumatları tədbir iştirakçıları ilə paylaşılıb.