Sosial Fəaliyyətlər Türkiyə Qızıl Ayının Azərbaycan Nümayəndəliyinin Rəhbəri GYF-ni Ziyarət Edib

Türkiyə Qızıl Ayının Azərbaycan Nümayəndəliyinin Rəhbəri GYF-ni Ziyarət Edib

31

12 Aprel 2023 tarixində Türkiyə Qızıl Ayının Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Sünger bəy Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət zamanı qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Mustafa Sünger bəy də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda Fond rəhbərliyi tərəfindən “İrfan” jurnalının “Qardaş Köməyi”nə həsr edilən xüsusi buraxılışı qonağa təqdim edilib və xatirə fotosu çəkilib.