Sosial Fəaliyyətlər Türkiyənin Beynalxaq Təlim-Tədris Müəssilərinin Rəhbərləri GYF-ni Ziyarət Edib

Türkiyənin Beynalxaq Təlim-Tədris Müəssilərinin Rəhbərləri GYF-ni Ziyarət Edib

11

Türkiyə Cümhuriyyətinin Yetim Vəqfi təsisçisi Mehmet Gülsatar və İstanbul Yeşilköy Şəhid Mehmet Karaaslan adına Beynəlxalq İmam-Xətib Liseyinin direktoru Abdulbaki Muratın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib.

Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar da öz növbəbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Səmimi çay süfrəsində davam edən görüşün sonunda xatirə fotosu çəkilib.