Sosial Fəaliyyətlər BİGA Akademiyasında İlin Yekun Tədbiri Keçirilib

BİGA Akademiyasında İlin Yekun Tədbiri Keçirilib

15

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasında ilin yekun tədbiri keçirilib. Tədbirdə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov il boyu həyata keçirilən tədbirlər haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanda müxtəlif universitetlərdə təhsil alan istedadlı gəncləri bir araya toplayan platforma olan BİGA Akademiyasında 2022-2023-il tədris ilində 30 seminar təşkil edilib. Bütün təşkil edilən seminarlar cəmiyyətdə öz sahəsində mütəxəssis olan insanlar tərəfindən keçirilib.

Şahalı Cəlilov öz çıxışında gənclərə bu fürsəti yaratdıqlarına görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bütün tələbələr adından öz təşəkkürlərini bildirib.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Akademiya üzvlərinə gələcək həyatlarında uğurlar arzulayıb və vətənə-millətə faydalı insan olmalarını təmənni edib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və xatir şəkilləri çəkilib.