Sosial Fəaliyyətlər Rəcəb Tayyib Ərdoğan Azərbaycana Dövlət Səfərinə Gəlib

Rəcəb Tayyib Ərdoğan Azərbaycana Dövlət Səfərinə Gəlib

17

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar. Daha sonra Gülüstan sarayında cənab İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanın şərəfinə ziyafət süfrəsi verilib.

Dövlət səfəri zamanı hər iki dövlət başçısının təkbətək və geniş tərkibli görüşləri olmaqla bir sıra mühüm proqramlar keçirilib.