Sosial Fəaliyyətlər GYF-də Məzuniyyət Proqramı Keçirilib

GYF-də Məzuniyyət Proqramı Keçirilib

21

Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında məzuniyyət proqramı keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun müxtəlif təhsil layihələrində yaxından iştirak edən tələbələr, müəllimlər və təhsil koordinatorları iştirak edib. Müxtəlif universitetlərdə təhsil alan tələbələr Fondun onlara yaratdığı imkanlardan və xeyriyyə fəaliyyətlərindən danışıblar.

Gəncliyə Yardım Fondunun icraçı katibi Sedat Demir öz çıxışında oxuduqları universitetləri uğurla başa vuran gənclərin hər birinə gələcək həyatlarında uğurlar arzulayıb. Çıxış edən digər natiqlər də məzun olan tələbələrin vətənə, millətə və dövlətə faydalı fərdlər olacaqlarını təmənni ediblər.

Tədbirin sonunda məzun tələbələrə Fond tərəfindən xatirə hədiyyələri və fəxri doplomlar təqdim edilib.  Daha sonra kollektiv xatirə şəkilləri çəkilib.