Sosial Fəaliyyətlər GYF Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” Davam Edir

GYF Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” Davam Edir

17

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” davam edir. Mərkəz tərəfindən düşərgədə iştirak edən uşaqlar müxtəlif yaş qruplarına bölünərək həmin qruplara uyğun proqramlar həyata keçirilir.

Tərəqqi İnkişaf Mərkəzinin yay düşərgəsi ərzində milli-mənəvi dəyərləri aşılayan dərslər tədris olunur, intellektual və əyləncəli oyunlar oynanılır, filmlər izlənilir, gəzintilər təşkil edilir, tarixi abidələr və muzeylər ziyarət edilir, düşərgə müdavimlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün seminarlar və təlimlər keçirilir.