Sosial Fəaliyyətlər Türkiyənin Sabiq Diyanət İşləri Başqanı Dr. Tayyar Altıkulaç GYF-ni Ziyarət Edib

Türkiyənin Sabiq Diyanət İşləri Başqanı Dr. Tayyar Altıkulaç GYF-ni Ziyarət Edib

31

Bu gün Türkiyə Cümhuriyyətinin sabiq Diyanət İşləri Başqanı və İstanbul 29 Mayıs Üniversiteti Himayəçilər Şurasının sədri Dr. Tayyar Altıkulaç Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarətdə Türkiyə Cümhuriyyətinin Azərbaycanda təyin edilmiş Din Hizmətləri müşaviri İhsan Açık və Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu iştirak edib.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

Dr. Tayyar Altıkulaç  bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎