Sosial Fəaliyyətlər Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım BİGA Tələbələri İlə Görüşüb

Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırım BİGA Tələbələri İlə Görüşüb

12

Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H. Z. Tağıyev adına konfrans zalında Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırımla görüş keçirilib. Görüşdə Fond rəhbərliyi və əməkdaşları, müxtəlif universitetlərdə təhsil alan BİGA tələbələri, həmçinin  bir sıra elm xadimləri iştirak edib.

Serdar Hüseyin Yıldırım “Qlobal problemlər və Türk dünyası” adlı seminarla çıxış edib. O, hazırda kosmik sahənin inkişaf etmiş dövlətlərin əsas strategiyalarından birini təşkil etdiyini və dövlətlərin gələcəyini məhz kosmik inkişafın təyin edəcəyini bildirib. Türk dünyasında bu istiqamətdə əhəmiyyətli işlərin görüldüyünü qeyd edən Sərdar Hüseyin Yıldırım, dövlətlərin yaxşı təhsil almış milli mühəndislərə ehtiyaclarının oluğunu vurğulayıb. Daha sonra Sərdar bəy gənclər tərəfindən ünvanlanan sualları cavablandırıb.

Sonda isə Gənliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa xatirə hədiyyəsi təqdim edilib.