Sosial Fəaliyyətlər BİGA-da “Zaman, Məkan Və Hədəflər Üçbucağında İnsan” Adlı Seminar Keçirilib

BİGA-da “Zaman, Məkan Və Hədəflər Üçbucağında İnsan” Adlı Seminar Keçirilib

16

Hüdayi Vəqfinin Xarici işlər üzrə Təhsil Koordinatoru Dr. Oktay Çetin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Fondun H. Z. Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan gənclərlə görüşüb.

Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin əməkdaşı Nizami Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq qonağa akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Oktay Çetin BİGA üzvlərinə “Zaman, Məkan və Hədəflər Üçbucağında İnsan” mövzusunda seminarla çıxış edib. Seminarda Oktay bəy tələbəlik həyatında zamanın olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Eyni zamanda tələbələrin qızıl kimi dəyərli olan zamanlarını mümkün qədər faydalı işlərə sərf etmələrini tövsiyyə edib. Bununla yanaşı zaman qədər məkanın da insan həyatında mühim olduğunu qeyd edərək boş məkanlarda keçən zamanların böyük peşmançılıqlara səbəb olacağını deyib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.