Sosial Fəaliyyətlər NAYORA-da Narkotiklə Mübarizə Mövzusunda Görüş Keçirilib

NAYORA-da Narkotiklə Mübarizə Mövzusunda Görüş Keçirilib

22

Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində narkotiklə mübarizədə yaxından çalışan qurumların nümayəndələrinin gənclər təşkilatları və fəal gəncləri ilə keçirilən görüşdə iştirak edib.

Səhiyyə Nazirliyindən, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsindən, Dövlət Komissiyasından və Gənclər Fondundan olan nümayəndələrin ekspert qismində çıxış etdiyi görüşdə gənclər təşkilatlarının narkotiklə mübarizədə fəaliyyəti müzakirə olunub, bu istiqamətdə keçirilən təlimlərdə mütəxəsislərin iştirakının vacibliyi qeyd edilib.