Sosial Fəaliyyətlər “Türk Dünyasında Mədəniyyət Və Kommunikasiya” Adlı Panel Müzakirə Keçirilib

“Türk Dünyasında Mədəniyyət Və Kommunikasiya” Adlı Panel Müzakirə Keçirilib

8

Gəncliyə Yardım Fondunun Bakı təhsil koordinatoru Dr. Rüfət Şirinov və təhsil şöbəsinin əməkdaşı Şahalı Cəlilov III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumu çərçivəsində keçirilən “Türk Dünyasında Mədəniyyət və Kommunikasiya” adlı panel müzakirədə iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin moderatoru olduğu panel müzakirədə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz, TUDİFAK-ın dekan müavini Yusif Əliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev və Türk Dünyası Jurnalistlər Federasiyasının sədr müavini İsmail Kahraman çıxış edib.