Sosial Fəaliyyətlər GYF-də “Dəyərlər Çərçivəsində Vətən Sevgisi” Adlı Seminar Keçirilib

GYF-də “Dəyərlər Çərçivəsində Vətən Sevgisi” Adlı Seminar Keçirilib

21

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Türkiyənin sabiq millət vəkili, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qurucularından olan, Türkiyə Yeni Yüzyıl Üniversitetinin Hüquq fakültəsinin dekanı Prof. Dr. Celal Erbayın təqdimatında “Dəyərlər Çərçivəsində Vətən Sevgisi” Adlı Seminar Keçirilib.

Əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarına Prof. Dr. Celal Erbayın Türkiyədəki və Azərbaycandakı siyasi-elmi fəaliyyətləri haqqında məlumat verib.

Daha sonra Prof. Dr. Celal Erbay Azərbaycandakı keçmiş fəaliyyətləri, dövrün ictmai-siyasi və elmi həyatı barədə xatirələrini bölüşüb, müəllimlik etdiyi vaxtdakı gənclərlə indiki gənclərin müqayisəsini aparıb və vətənpərvərliyin, milli-mənəvi dəyərlərin, dövlətə bağlılığın, həmçinin vətən, millət və dövlət məfhumlarının əhəmiyyətindən bəhs edib.