Sosial Fəaliyyətlər Məşhur Teleaparıcı Gəncliyə Yardım Fondunun Qonağı Olub

Məşhur Teleaparıcı Gəncliyə Yardım Fondunun Qonağı Olub

11

Türkiyə Cümhuriyyətinin Gebzə şəhərinin bələdiyyə sədiri Zinnur Büyükgöz və TGRT kanalında yayımlanan Devri-alem proqramının aparıcısı İsmail Kahraman Gəncliyə Yardım Fondunun qonağı olub.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

Qonaqlar da öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎