Sosial Fəaliyyətlər BİGA-nın Yeni Üzvləri ilə Görüş Keçirilidi

BİGA-nın Yeni Üzvləri ilə Görüş Keçirilidi

12

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasına yeni üzv olan tələbələr ilə görüş keçirilib. Görüşdə Fondun Prezidenti Ahmet Tecim, təhsil koordinatoru Dr. Rüfət Şirinov, təhsil şöbəsinin əməkdaşı Nizami Əfəndiyev və BİGA-nın koordinatoru Şahalı Cəlilov iştirak edib.

Fondun prezidenti Ahmet Tecim BİGA-ya yeni üzv olan tələbələr ilə yaxından tanış olub və onların gələcək həyatlarına yön verəcək məsləhətlər verib.

Qeyd edək ki, Bakı İstedadlı Gənclər Akademiyası Gəncliyə Yardım Fondunun nəznidə fəaliyyət göstərir, gənclərin elmi və intellektual inkişafına dəstək olur. Belə ki, akademiyanın üzvləri olan gənclərə hər həftə Azərbaycanın tanınmış və öz sahələrinin mütəxəssisi olan insanlarla görüşürlər təşkil edilir, onların gələcək həyatlarını doğru istiqamətləndirmələri üçün şərait yaradılır.