Sosial Fəaliyyətlər Türkiyənin Məşhur Yazıçıları GYF-nin Qonağı Olub

Türkiyənin Məşhur Yazıçıları GYF-nin Qonağı Olub

52

Türkiyənin məşhur yazıçıları Bursa Uludağ Üniversitetinin müəllimi Prof. Dr. Bilal Kemikli, İstanbul Medeniyet Üniversitetinin müəllimi Prof. Dr. İsmail Güleç və İstanbul Sabahattin Zaim Üniversitetinin müəllimi Prof. Dr. Ergün Yıldırım Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarətdə Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı da iştirak edib.

Ziyarət əsnasında qonaqlar Fond rəhbərliyi və bir qrup gənclə görüşüb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib.

Yazıçılar Fondun fəaliyyətini yüksək qiymətləndirdiklərini və rəhbərliyə gördükləri təqdirəlayiq işlərə görə təşəkkürlərini bildiriblər. Daha sonra gənclərlə öz tövsiyyələrini bölüşüblər və gələcək həyatlarında uğurlu addımlar atmaları üçün məsləhətləri veriblər.

Qeyd edək ki, qonaqlar mərhum şair Mehmet Akif Ersoyun 150 illiyi münasibəti ilə 27-28 noyabr tarixində Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədi ilə Azərbaycanda səfərdədirlər.