Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Azərbaycan İlahiyyat İnstitutunu Ziyarət Edib

GYF Rəhbərliyi Azərbaycan İlahiyyat İnstitutunu Ziyarət Edib

25

Noyabrın 27-də Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

Azərbaycan İlahiyyat İnstitutun rektoru Aqil Şirinov institutun fəaliyyəti, müəllim və tələbə kollektivi barədə, keçirilən dərslər və nailiyyətləri haqqında məlumat verib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də Fondun gördüyü işləri və həyata keçirdiyi layihələri qeyd edərək Aqil Şirinov başda olmaqla Azərbaycan İlahiyyat İnstitutunun gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Ziyarət çərçivəsində təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.