Sosial Fəaliyyətlər BİGA-da Biznesin İdarə Edilməsi Təlimi Keçirilib

BİGA-da Biznesin İdarə Edilməsi Təlimi Keçirilib

16

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Bisnes idarə olunur ürəklə, yoxsa rəqəmlə” adlı təlim keçirilib.

Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Daha sonra Najinski Naghiev şirkətinin həmtəsisçisi, təlimçi Cəlal Nağıyev biznesin əsasları və maliyyə göstəriciləri barədə çıxış edib. Cəlal Nağıyev şirkətin davamlılığının əhəmiyyət kəsb etdiyini və daim rəqabətə hazır olmalı olduğunu qeyd edib.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb və mözvu müzakirə edilib.