Sosial Fəaliyyətlər GYF-də Şəhidlərə Həsr Edilmiş Kitabın Təqdimatı Keçirildi

GYF-də Şəhidlərə Həsr Edilmiş Kitabın Təqdimatı Keçirildi

70

Dekabrın 14-də Gəncliyə Yardım Fondu”nun Hacı Zeynalabdin Tağıyev adına Konfrans zalında Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Xan qızı Natəvan Ədəbi Məclisinin üzvü, şairə Lətifə Rəşidin şəhidlərə həsr edilmiş “Susqun könüllər” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbir “Gəncliyə Yardım Fondu”nun dəstəyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə baş tutub.

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal marşı səsləndirildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu təbiri açıq elan edərək “Susqun könüllər” adlı kitabın əhəmiyyəti haqqında çıxış etdi.

“Gəncliyə Yardım Fondu” nun Prezidenti Ahmet Tecim çıxış edərək Azərbaycanın ərazi bötövlüyünü uğrunda döyüşlərdə şəhid və qazi olan yurddaşlarımıza ömür boyu borclu olduğumuzu, şəhidlərin əziz xatirəsini daim yaşatmalı və gələcək nəsillərə bu fikri, vətən-yurd sevgisini, şəhidlik şərəfini aşılamalı olduğunu bildirib.

Şəhid General-mayor, Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə xanım, I Vətən müharibəsinin iştirakçısı Əbülfəz Hüseynov, istefada olan Polkovniklər-Xətai Baxışov, Hikmət Ağayev, ehtiyatda olan mayor, müharibə əlili Muxtar Həşimov, şəhid ailələri və yaxınları, qazilər çıxış etdilər. Tədbirdə vətənpərvərliklə bağlı mahnılar oxunuldu və şeirlər səsləndirildi.

Tədbirin sonunda “Susqun könüllər” kitabının müəllifi şairə Lətifə Rəşid hər bir vətəndaşın Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına bərpası naminə əziz canlarından keçən şəhidlərə borclu olduğunu qeyd etdi. Lətifə xanım, hər 3 kitabın maliyyələşdirilməsinə kömək edən ömür-gün yoldaşı Əbülfət Kamilova, kitabın redaktoru Nazim Əhmədliyə, kitabın korrektoru Ramazan Səfərova, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğluna və “Gəncliyə Yardım Fondu” nun Prezidenti Ahmet Tecimə xüsusi təşəkkür etdi.