Sosial Fəaliyyətlər BİGA-da Ənənəvi Oxçuluq Təlimi Keçirildi

BİGA-da Ənənəvi Oxçuluq Təlimi Keçirildi

18

Türkiyə Etnosporun dəstəyi ilə Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Bakı Anadolu Türk Liseyində Türkiyənin məşhur ənənəvi oxçuluq mütəxəsisi Abdulmuttalip Salman BİGA tələbələrinə ilk öncə ənənəvi oxçuluğun sirləri haqqında geniş nəzəri məlumat verib və praktiki olaraq ənənəvi oxlarla hədəflər nişan alınıb.

Qeyd edək ki, ənənəvi oxçuluğu professional şəkildə bilən və tədris edən Abdulmuttalip Salman Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycanda bir çox orta ümumtəhsil məktəblərində şagirdlərə müxtəlif universitetlərin tələbələrinə oxçuluğun tarixi, dünəni, bu günü, sabahı və insanın mənəvi inkişafındakı rolu haqqında seminarlar verir

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.