Sosial Fəaliyyətlər Azərbaycanda Türk Oxçuluğunun İnkişafına Dəstək Verilir

Azərbaycanda Türk Oxçuluğunun İnkişafına Dəstək Verilir

16

Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov,  Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov,  Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Ənənəvi Milli Oxatma Federasiyasının nümayəndəsi Abdulmutallib Salman Bakı İstanbul liseyində yerləşən Alpaqut Türk Oxçuluğu dərnəyini ziyarət etdi.

Qonaqları Bakı İstanbul liseyinin Direktoru Tural Abasquliyev və Alpaqut Mərkəzinin baş məşqçisi Rafiq Qasımov qarşıladı. Görüşdə Azərbaycanda Türk Oxçuluğunun inkişafına dair ilkin baxış və gələcək inkişafı üçün tədbirlərin görülməsi qərara alındı. Azərbaycan Alpaqut Mərkəzinin və Bakı İstanbul liseyinin Alpaqut dərnəyinin idmançıları qonaqlara öz bacarığını nümayiş etdirdi.

Daha sonra ənənəvi oxatma prosesi praktiki şəkildə göstərilib.