Sosial Fəaliyyətlər BİGA-da Azərbaycan Türkiyə Diplomatik Əlaqələri və Təhsil Adlı Seminar Keçirilib

BİGA-da Azərbaycan Türkiyə Diplomatik Əlaqələri və Təhsil Adlı Seminar Keçirilib

21

Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan Türkiyə Diplomatik Əlaqələri və Təhsil” mövsuzunda seminar keçirilib. Seminarda Türkiyə Maarif Vəqfinin Azərbaycan nümayəndəsi Dr. Serdar Gündoğan mühazirəçi qismində çıxış edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq qonaq haqqında məlumat verib.

Daha sonra çıxış edən Serdar bəy tələbələrə əvvəlcə Türkiyə və Azərbaycanın siyasi əlaqlərindən və bu əlaqələrin təhsil sahəsindəki rolundan danışıb. Türkiyə Maarif Məktəblərinin iki qardaş ölkə arasında təhsil əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini bildirib və məktəbin şagirdlərə təqdim etdiyi müasir təlim-tədris metodundan geniş bəhs edib.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.