Sosial Fəaliyyətlər “Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz Və Könül Ərləri” Adlı Tədbir Keçirilib

“Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz Və Könül Ərləri” Adlı Tədbir Keçirilib

38

Gəncliyə Yardım Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mövlanə Cəlaləddin Ruminin vəfatının 750-ci il dönümünə həsr olunmuş “Tariximizdən Günümüzə İrfan Mədəniyyətimiz və Könül Ərləri” adlı tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, QHT sədrləri, Türkiyə səfirliyinin müşavirləri və mətbuat nümayəndələri iştirak edib.

Torpaqlarımızın azadlığı uğrudan canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Bununla açıq elan edilən tədbirdə daha sonra “İrfan Mədəniyyətimizin Könül Ərləri” adlı videoçarx izlənilib.

Gəncliyə Yardım Fondunun prezindeti Ahmet Tecim çıxış edərək irfan mədəniyyətimizin zəngin olduğunu və coğrafiyamızda tarixdən bugünədək  könül ərlərinin insanın qəlbinə toxunaraq cəmiyyətin mənəvi duyğular üzərində qurulmasında böyük rol oynadığını qeyd edib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı irfan mədəniyyətimizlə bağlı keçirilən tədbirin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildirib və təşkilatçılara təşəkkür edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa tarixə nəzər yetirəndə elm-irfan sahiblərinin bütün aspektlərdə həmişə cəmiyyətə fayda veriblər, onlar insanlarda sevgi, şəfqət, barış, mərhəbət duyğularını aşılamağa çalışıblar, deyə çıxış edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanlar İdarəsinin sərd müavini Qəmər Cavadlı çıxışlarında Azərbaycanda istər dövlət səviyyəsində, istərsə də vətəndaşlar tərəfindən mənəvi dəyərlərə diqqət və hörmətin hər zaman olduğunu qeyd ediblər, həmçinin tədbirlərin keçirilməsi və irfan mədəniyyətimizin xatırladılmasının vacib olduğunu vurğulayıblar.

Təşkilat komitəsi adından çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar iştirak etikləri üçün qonaqlara təşəkkürünü billdirib və dəyərli mövzu ətrafında keçən bir neçə saatın insanlara zövq verəcəyini ifadə edib.

Daha sonra Türkiyə Sabahattin Zaim Universiteti İlahiyyat fakültəsinin dekanı Prof. Dr. Hasan Kamil Yılmaz bəy mövzu ilə bağlı geniş çıxış edib.

Sadiq Novruzov və Abdullatif Çağının təqdimatında ilahilər dinlənilib.

Tədbirin sonunda millət vəkili Ceyhun Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit təşkilat komitəsi ilə birlikdə qonağa hədiyyələr təqdim ediblər.