Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda “Mədəniyyətimizdə Ailə Dəyərləri” Adlı Tədbir Keçirilib

Gəncliyə Yardım Fondunda “Mədəniyyətimizdə Ailə Dəyərləri” Adlı Tədbir Keçirilib

15

27 yanvar tarixində Gəncliyə Yardım Fondunda İrfan jurnalının təşkilatçılığı ilə “Mədəniyyətimizdə ailə” adlı tədbir keçirilib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinin Din Xidmətləri müşaviri İhsan Açık, ölkəmizdə səfərdə olan elm və din adamları – Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse, Konya İl Müftüsü Prof. Dr. Ali Öge, Üsküp Din Xidmətləri Müşaviri Mustafa Bodur, “Mehr Vəqfi” başqanı Mustafa Özdemir, həmçinin vəqfin təsisçilərindən Mustafa Oflaz da iştirak ediblər. Jurnalın redaktoru Nurlan Məmmədzadənin təqdimatında gerçəkləşən tədbirin açılışında Mustafa Bodur Qurani-Kərim oxuyub.

Qonaqlar adından söz alan Prof. Dr. Ali Öge və Mustafa Özdemir belə bir tədbirdə iştirak etdikləri üçün məmnuniyyətlərini dilə gətiriblər. Daha sonra İhsan Açık qonaqları və tədbir iştirakçılarını salamlayıb. İlahi qrupunun çıxışından sonra söz Prof. Dr. Saffet Köseyə verilib. O, mədəniyyətimizdə ailənin yerindən söz açıb. Bu gün dünyanın qlobal problemlərindən biri kimi ailə müəssisəsinin dağılmağa üz tutduğundan bəhs edərək İslamın ailədaxili münasibətlərə dair tövsiyələrini dilə gətirib.

Daha sonra Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim bağlanış çıxışı edərək bu kimi tədbirlərin cəmiyyət üçün əhəmiyyətindən söz açıb. Proqramın sonunda Gəncliyə Yardım Fondu və Bakı İsrtedadlı Gənclər Akademiyası tərəfindən təşkil olunan “Kitaboxuma düşərgəsi”ndə iştirak edən tələbələrə sertifikatlar verilib, qonaqlara hədiyyələr təqdim edilərək xatirə şəkilləri çəkilib.