Sosial Fəaliyyətlər Dövlət Məşğulluq Agentliyinin Nümayəndəsi Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Dövlət Məşğulluq Agentliyinin Nümayəndəsi Gəncliyə Yardım Fondunu Ziyarət Edib

19

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Adil Abdullayev Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib. Ahmet Tecim Azərbaycan gəncinin bütün aspektlərdə inkişafının Fondun daim diqqətində olduğunu və bu istiqamətdə layihələr icra edildiyini, şəraitlərin yaradıldığını bildirib.

Adil Abdullayev da öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda xatirə fotosu çəkilib.