Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Bakı Şəhər Gənclər və İdman İdarəsini Ziyarət Edib

GYF Rəhbərliyi Bakı Şəhər Gənclər və İdman İdarəsini Ziyarət Edib

24

Fevralın 15-də Gəncliyə Yardım Fondunun rəhbərliyi Bakı Şəhər Gənclər və İdman İdarəsini ziyarət edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim əvvəlcə Bakı Şəhər Gənclər və İdman İdarəsinin yeni təyin olunmuş rəisi Dənyar Teymurluya fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Daha sonra Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib. 1992-ci ildən etibarən gənclərə milli-mənəvi dəyərlərin aşılanması, ənənələrə sahib çıxılması, onların dünyagörüşlərinin, elmi-texniki biliklərinin və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Bakı Şəhər Gənclər və İdman İdarəsini rəisi Dənyar Teymurlu Fond rəhbərliyinə ziyarət və görülən fəalliyyətlərə görə təşəkkürünü bildirib. Ziyarət çərçivəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşün sonunda Bakı Şəhər Gənclər və İdman İdarəsini rəisi Dənyar Teymurluya Fond rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.